MƏSCİD QAPISIDIR, NƏ YARMAQ OLUR, NƏ DƏ YANDIRMAQ
MƏSƏLƏ QALDIRMAQ
OBASTAN VİKİ
Nə? Harada? Nə Zaman?
Nə? Harada? Nə zaman?, qısaca NHN (rus. Что? Где? Когда?, qısaca ЧГК) — 1975-ci ildə SSRİ-də yaranan və hal-hazırda Rusiyada və MDB məkanında populyar olan intellektual oyun. Televiziya və "idman" versiyaları mövcuddur. Komandaların onlara verilmiş suala məhdud vaxt ərzində cavab tapmaq qabiliyyətində yarışdıqları bu oyunda məqsəd rəqibləri ilə müqayisədə daha çox suala düzgün cavab tapmaqdır. Oyunun televiziya versiyası 4 sentyabr 1975-ci ildə, tanınmış televiziya xadimi Vladimir Voroşilov və onun həyat yoldaşı Nataliya Stetsenko tərəfindən SSRİ-də yaradılmışdır. NHN-in idman versiyası 1989-cu ildə yaranmış və televiziya versiyasına nəzərən daha kütləvi xarakter almışdır.
Ağoğlan qapısı
Ağoğlan qapısı, Muxtar qapısı və ya Şuşakənd qapısı — Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şərq tərəfində yerləşir və şəhərin aşağı hissəsinə girişi təmin edir. Qalanın digər iki qapısı isə Gəncə və İrəvan qapılarıdır. == Tarixi == Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Məslən "Qafqaz" qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: "Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, "Şuşa qayası" adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir." Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, "Иллюстрация" qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu. Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir. Pənahəli xanın dövründə inşa edilmiş qala qapısından çıxan yol Şuşa şəhərini Şuşakənd və Muxtar kəndləri ilə birləşdirərək Ağoğlan qəsrinə kimi uzanırdı. XIX əsrin bütün rusdilli mənbələrində Şuşanın cənub qapısı Ağoğlan qapısı kimi qeyd edilmişdir. 1846-cı ilin "Qafqaz təqvimi"nə (rus.
Brandenburq qapısı
Brandenburq qapısı (alm. Brandenburger Tor‎) — Almaniyaın Berlin şəhərində yerləşən 18-ci əsr aid olan abidədir. == Tarixi == Qapının qurulması Alman imperiyası dövrünə təsadüf edir. Qapının tikintisi 1788-ci ildə başlamışdır. 6 Avqust 1791-ci ildə təkcə kral ailəsinin istifadə etməsi məqsədilə açılmışdır. Qapının sütunları insanda heyranlıq hissi yaradan memarlıq xüsusiyyətlərə malikdir. Tikilişdə Karl Qottard Lanqans və Yohann Qottfrid Şadou iştirak edirdi. Əsas bina 12 sütün üzərində hazırlanmış qapılar arasında 5 aralıq vardır. Krallıq dövründə xalq yalnız ilk iki qapıdan keçmək hüququna malikdirlər. Mərkəz qapıdan isə yalnız kral ailəsi keçə bilər.
Gəncə qapısı
Gəncə qapısı və ya Çiləbörd qapısı — Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şimal tərəfində yerləşir. Qalanın digər iki qapısı isə İrəvan və Ağoğlan qapılarıdır. == Tarixi == Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Məslən "Qafqaz" qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: "Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, "Şuşa qayası" adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir." Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, "Иллюстрация" qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu. Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir. Memarlar hələ qədim dövrlərdən şəhərlə tanışlığın onun qala divarlarından başladığını və şəhərin memarlığını məhz qala divarlarının müəyyən etdiyini nəzərə alırdılar. Buna görə də, memarlıq-kompozisiya həlli baxımında Şuşa qalasının əsas – şimal qapısı zəfər tağını xatırladır. Müdafiə sistemlərinin bədii əhəmiyyətinə oxşar münasibət Azərbaycan, Dağıstan, Ermənistan, Gürcüstan, Orta Asiya və Qədim Rus qala memarlığı üçün xarakterikdir.
Gərgər qapısı
Gərgər qapısı — tarixi Şuştər şəhərinin altı qədimi qapılarından idi.
Lokmaçı qapısı
Lokmacı qapısı və ya Lokmacı Sərhəd Qapısı(yun. οδός Λήδρας, türk. Lokmacı Kapısı) — Kipr adasını iki hissəyə ayıran və BMT tərəfindən nəzarət olunan "yaşıl zona"da yerləşən Lokmaçı (Ledra) nəzarət-buraxılış məntəqəsi. Lokmaçı sərhəd qapısının açılması barədə qərar yunan Kiprinin prezidenti Dimitris Xristofias və türk tərəfinin prezidenti Mehmet Əli Tələtin 21 martda keçirilən görüşündə qəbul olunub. Kipr adasını ikiyə bölən təxminən uzunluğu 180 kilometr olan Yaşıl Xətt üzərindəki beş ayrı gömrük qapısından biridir. Kıbrıs Respublikasında ictimai qarşıdurmaların yaşandığı 1963–1964 hadisələri zamanı bağlanılan keçid, 3 aprel 2008 tarixində yenidən açıldı Adanın yunan və türk icmaları arasında 1963-cü ildə başlanan hərbi münaqişə nəticəsində bağlı qalan keçidin açılışına hər 2 tərəfdən rəsmilər qatılıb. Kipr adasında tarixi hadisə baş verib. Adanın yunan və türk icmaları arasında 1963-cü ildə başlanan hərbi münaqişə nəticəsində 45 ildir bağlı qalan Lokmaçı qapısı gediş-gəliş üçün açıq elan olunub. Yunanların Nikosiya, türklərin isə Lefkoşa adlandırdığı şəhərin mərkəzindəki keçidin açılışına hər 2 tərəfdən rəsmilər qatılıb. Rəsmi açılış zamanı Lefkoşa türk bələdiyyəsiylə Nikosiya yunan bələdiyyəsinin rəhbərləri əvvəlcə türk tərəfinə, sonra isə yunan tərəfinə keçməklə gediş-gəlişin əsasını qoyublar.
Morava qapısı
Morava qapısı (çex. Moravská brána, pol. Brama Morawska, alm. Mährische Pforte‎, slovak. Moravská brána) — Çexiyada, Sudet və Karpat dağlarının qolları arasında dağ keçidi. Uzunluğu təqribən 100 kilometr, eni isə 10–20 kilometr, maksimum hündürlüyü 310 metrdir. Morava qapısından Çexiyanın daxili rayonlarını Polşanın Yuxarı Sileziya sənaye rayonu ilə birləşdirən dəmiryol və avtomobil yolları çəkilmişdir.
Qala qapısı
Xəzər qapısı
Xəzər qapısı (yun. Κάσπιαιπύλαι) — qədim mədəniyyətlər dövründən bəri iki dar sahil keçidini təyin edən tarixi və coğrafi ad. Keçid vastəsi ilə şimalın ibtidai icma şəraitində yaşayan köçəri tayfaları qədim Əhəməni, Midiya və Mesopotamiyanın zəngin əkinçilik mədəniyyətlərinə çıxış əldə edir. Sonralar ayrı-ayrı qaynaqlarda “Xəzər qapısı”, “Alban qapısı”, “Hun keçidi”, “Qafqaz qapısı”, “Dərbənd qapısı” kimi müxtəlif adlar daşımış həmin keçidin qədim dövr və orta əsrlərdə böyük hərbi-strateji əhəmiyyəti olmuş, onu əldə saxlamaq bu regionun dövlətlərinin həmişə diqqət mərkəzində dayanmışdı. Belə keçidlər Xəzər bölgəsinin təbii relyefində iki əsas yerdə əmələ gəlmişdir. Dərbənd bölgəsində, Xəzər dənizinin qərb sahili ilə Qafqaz silsiləsinin kənarı arasında enən sahil zolağı olan Alban qapıları (Klavdius Ptolemey tərəfindən adlandırırdı) var idi. Xəzər dənizinin o biri tərəfində, İranın müasir Gürgan ərazisində, Gürgan qapısı yerləşir. Həm bunları, həm də digərlərini qorumaq üçün Fars hökmdarları bir sıra güclü müdafiə istehkamları qurmuşlar. Dərbəndin cənubunda yerləşən Dərbənd səddi və dənizin digər tərəfində uzunluğu 200 km-ə qədər olan Böyük Gürgan səddi buna misaldır. Ancaq heç bir sədd fars imperioyalarını xarici işğalçıların istilasından qurtarmamışdır.
İrəvan qapısı
İrəvan qapısı və ya Xəlfəli qapısı — Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın qərb tərəfində yerləşir. Qalanın digər iki qapısı isə Gəncə və Ağoğlan qapılarıdır. Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Məslən “Qafqaz” qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: “Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, “Şuşa qayası” adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir.” Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, «Иллюстрация» qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu. Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir. Pənahəli xanın dövründə inşa edilmiş qala qapısı XVIII əsrdən etibarən İrəvan qapısı və ya Xəlfəli qapısı adlandırılırdı. Bu qapıdan çıxan yol, Şuşa şəhərini Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi. İrəvan qapısı da Şuşa qalasının digər iki qapısı kimi Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilmişdir.
Dəməşq qapısı
Dəməşq qapısı — Nablus Qapısı (İvrit: שער שכם, Şaar Şekem; ərəbcə: باب العامود, Bab əl-Amud) kimi də tanınır, Qüdsün Köhnə Şəhərinin müsəlman məhəlləsinin əsas qapısıdır. Qapı şimala baxır. Şərqi Qüdsdəki Şeyx Jarah ərəb məhəlləsi ilə üzbəüz şəhərin şimal-qərb tərəfindəki divarda yerləşir. Buradan Nablus, oradan isə keçmiş dövrlərdə Suriyanın paytaxtı Dəməşqə gedən magistral yol başlayır. Ərəb adlarına gəlincə, Bab ən-Nəsr (ərəb. باب النصر) "Qələbə qapısı", Bab əl-Amud isə "Sütun qapısı" deməkdir. Ən erkən, 10-cu əsrdən bəri davamlı olaraq istifadə edilən sonuncu ad, Roma dövründən darvaza dizaynında bir detalın yaddaşını qoruyur. == Tarix == İndiki formada darvaza 1537-ci ildə Qanuni Sultan Süleymanın hakimiyyəti dövründə tikilmişdir, lakin Roma dövründən eyni yerdə bir darvaza olduğu bilinir. Dəməşq qapısı iki qüllə arasında yerləşir. Onlar köhnə şəhərin müsəlman məhəlləsinin və ərəb bazarının mərkəzi girişidir.
Herod qapısı
Herod qapısı — Yerusəlimin Köhnə Şəhərinin Müsəlman Məhəlləsinin qapısı. Köhnə şəhərin şimal divarında, Dəməşq qapısından bir qədər şərqdə, Şərqi Qüdsdəki Bab əl-Zaara ərəb məhəlləsi ilə üzbəüz yerləşir. Şimala baxır. Abidə dəniz səviyyəsindən 755 metr yüksəklikdə yerləşirlər. == Tarixi == İçəri Şəhərin şimal divarı boyunca qüllələrdən birindən açılan bu təvazökar darvaza Yerusəlimin ən yeni qapılarından biridir. 1539-cu ildə Qanuni Osmanlı sultanı Süleyman şəhərin divarlarını tikən zaman qüllənin şərq yan divarında dar bir kiçik darvaza qalmışdır. Onun girişi şərqdən düz bucaq altında idi. Qapı nadir hallarda açıldı və 19-cu əsrin əvvəllərində müvəqqəti olaraq daşlarla bağlandı. 1875-ci ilə qədər Bab əl-Xuta məhəlləsinin sakinlərinin xahişi ilə Köhnə şəhərin şimalında inkişaf etməyə başlayan yeni məhəllələrə rahat keçid yaratmaq üçün Osmanlılar şimal, ön divarda yeni bir qapı açdılar. Qüllənin Sultan Süleyman küçəsinə baxan və orijinal yan qapıları bağlandı.
Salyan qapısı
Salyan qapısı – Bakı qalasının cənub-qərb divarında yerləşən qapıdır. Salyan darvazası Azneft meydanına açılan bağda yerləşir. Qapı günbəzvari şəkildə tağbənd formasında tikilmişdir. Kempferin kitabında 1683-cü ildə İçərişəhərin iki qala divarı ilə əhatə olunduğu və iki şəhər darvazasının olduğu təsvir edilmişdir: Dağ (həmçinin Gilan, Rus və ya Salyan adlanır.) və Şamaxı (Dərbənd qapısı, Qoşa qala qapıları da adlanır.) Həmçinin 1723-cü ildə rus ordusu tərəfindən tərtib edilmiş Bakı şəhərinin ilkin planında iki şəhər qapısı qeyd edilmişdir. Rusiyadan gələn ticarət karvanları Şamaxı qapısından keçərək Salyan qapısından, İrandan gələn ticarət karvanları isə Salyan qapısından daxil olub Şamaxı qapısından çıxırdılar.
Varren qapısı
Varren qapısı (ivr. ‏שער וורן‏‎, romanlaşdırılmış: Sha'ar Varen) — ilk dəfə on doqquzuncu əsrin tədqiqatçısı Çarlz Uorren tərəfindən təsvir edilmiş, Qərb Divarı tunelinə təxminən 150 fut (46 m) məsafədə yerləşən Yerusəlimdəki Məbəd platformasına qədim girişdir. İkinci Məbəd dövründə darvaza tunelə və Məbəd dağına pilləkənlərə aparırdı. Raşidun xilafətinin Qüdsü Bizanslılardan fəth etməsindən sonra yəhudilərə tunelin içərisində namaz qılmağa icazə verildi. Sinaqoq 1099-cu ildə Yerusəlimin mühasirəsi zamanı Birinci Səlib yürüşündə dağıdıldı. Sonra tunel su sarnıçına çevrildi və buna görə də onun adı Sarnıcı 30 oldu. Ərazi tağlı 18 fut (5,5 m) tunellə əhatə olunub. Qərb Divarının mərhum rəsmi Ravvini Yehuda Getz hesab edirdi ki, Qapı divarın qərbində, Müqəddəslər Müqəddəsinə ən yaxın olan nöqtəni təmsil edir. 1981-ci ilin iyulunda Varren qapısı daxilində yəhudi kəşfiyyatçılar və yerüstü sistern girişləri vasitəsilə onları qarşılamağa gələn ərəb mühafizəçiləri arasında yeraltı mübahisə baş verdi.
Yaffa qapısı
Yaffa qapısı — Yerusəlimin Köhnə Şəhərinin tarixi divarlarında daş portal. İçəri Şəhərin divarları içərisində səkkiz açıq qapıdan biri. İçəri Şəhərin qərb hissəsində, Yaffaya aparan qərb yolun və Betlehem və Hebrona gedən cənub yolunun mühüm kəsişməsində yerləşir. Bu iki yol bu günə qədər Yerusəlimin mərkəzi arteriyalarıdır. İçəri Şəhərin qərbə, Aralıq dənizinə baxan yeganə qapısıdır. Bu tənzimləmə hücumçuların irəliləməsini yavaşlatmaq üçün müdafiə tədbiri kimi seçilmiş ola bilər, ya da qapını Yaffa yoluna yönəltmək üçün, zəvvarların Yaffa limanından səyahətlərinin sonunda gəldiyi yoldur. İçərişəhərin divarlarının bütün digər hissələrinin tikintisində istifadə edilən daşlar kimi, Yafa qapısının daşları da qum rəngli iri yonma bloklardır. Girişin hündürlüyü təqribən 6 metr, divar isə ondan daha 6 metr yuxarı qalxır. Həm Yaffa Qapısı, həm də Yafa Yolu Aralıq dənizi sahilində Yunus peyğəmbərin dəniz səyahətinə çıxdığı və zəvvarların Müqəddəs şəhərə gedərkən gəmidən düşdüyü Yaffa limanının adını daşıyır. Yaffa yolunun qərb ucundan başlayan müasir 1 nömrəli magistral eyni marşrutun Təl-Əviv-Yaffaya son nöqtəsidir.
Şərq qapısı
"Şərq qapısı" — ictimai-siyasi qəzet. Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabinetinin orqanı. 1921-ci il noyabr ayının 9-da Naxçıvanda nəşrə başlayan ilk mətbu orqan. Qəzet ilk dəfə "Cavanlar həyatı" adı ilə oxucuların görüşünə gəlmişdir. Həmin il dekabr ayının sonundan 1922-ci ilin yanvarınadək "Füqəra səsi", 1922-ci ilin aprelindən 1980-ci ilin yanvarınadək "Şərq qapısı", 1980-ci ildə "Sovet Naxçıvanı" adlandırılmış, rus dilində "Sovetskaya Naxiçevan" adlı dubilkatı ilə birlikdə buraxılmışdır. "Şərq qapısı" 1930-cu ilədək ərəb, 1930–1940-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunmuşdur. Həmin dövrdən indiyədək latın qrafikalı əlifba ilə nəşr edilir. 1989-cu ildən qəzet fəaliyyətini "Şərq qapısı" adı ilə davam etdirir. Qəzetin təşəkkülünə, onun üçün jurnalist kadrların hazırlanmasına xalq yazıçıları M. İbrahimov və Ə. Vəliyev səy göstərmişlər. Ə. Vəliyev 1933–1934-cü illərdə qəzetin redaktoru olmuşdur.
Nə faydası
Nə Faydası - 2010-cu ildə video kimi təqdim olunmuş, mahnı isə 2009-cu ilin dekabrında satışa çıxan Dəniz albomundandır. Mahnının sözləri və musiqisi Hüseyn Abdullayevə aiddir.
Nə? Harada? Nə zaman? Məcəlləsi
“Nə? Harada? Nə zaman?” Məcəlləsi (rus. Кодекс спортивного “Что? Где? Когда?”) — “Nə? Harada? Nə zaman?” intellektual oyununun gedişində yaranan əksər vəziyyətləri və oyunun təşkilinin təfərrüatlarını tənzimləyən metodik vasitə və qaydalar külliyatı. Məcəllə intellektual oyunlar hərəkatının əlaqələndirici beynəlxalq təşkilatı olan “Nə? Harada?
Nə? Harada? Nə zaman? (idman versiyası)
Nə? Harada? Nə zaman? (NHN) (rus. Что? Где? Когда?, qısaca ЧГК)) oyununun idman versiyası rəsmi olaraq 1989-cu ildə SSRİ-də IAC-nin Mariupoldakı ilk təsis qurultayından sonra meydana gəlmişdir, 1983-cü ilin sonunda Odessanın "Erudit" klubunda oxşar qaydalara uyğun oynanılmağa başlanmışdı . Oyun, 1975-ci ildə Vladimir Voroşilov və Natalia Stetsenko tərəfindən yaradılan"Nə? Harada? Nə zaman?"oyununun əsasında yaradılmışdı, lakin bir çox fərqlər mövcuddur: məsələn, eyni suallar üzrə komandaların bir-birinə qarşı yarışması dünyanın bir çox ölkəsində eyni vaxtda həyata keçirilir.
"Qurd qapısı" qəbiristanlığı
Krakov Qapısı (Lublin)
Krakov qapısı ( Brama Krakowska ) - Lublin şəhər divarında (indi fəaliyyət göstərməyən) orta əsrlərə aid kərpic qapısı, onun vasitəsilə köhnə şəhərə giriş paytaxt Krakov tərəfdən həyata keçirilirdi. Bu qapılardan keçəndə köhnə şəhərin əsas küçəsi - Krakov ətrafı başlayır. Möhkəmlənmiş qapıların tikintisinə kral III Kazimirin göstərişi ilə 1341-ci il tatar basqınından sonra başlanmışdır. Şəhər divarının önünə bir xəndək çəkildi, onun vasitəsilə darvazaya körpü atıldı. 16-cı əsrin birinci yarısında istehkamlar memar Sebastyan Vlox tərəfindən təmir edilmişdir. Qapı 1673 və 1742-45-ci illərdə bərpa edilmişdir. 1782-ci ildə Domeniko Merlininin rəhbərliyi altında yenidən quruldular. 19-cu əsrin birinci yarısında darvazalar Məryəm və Müqəddəs Entonini (şəhərin səmavi hamisi) təsvir edən hörmət nişanları ilə bəzədilmişdir. 1950-ci illərdə darvaza nəzərdə tutulan orta əsr görünüşünə qayıtmaqla bərpa edilmişdir. İçəridə Lublin şəhərinin Tarix Muzeyi var.
Ümid Qapısı (1993)
Kinolent Bakı Şifer-Keramika Məmulatları Kombinatının ən ümdə problemlərinə həsr edilmişdir. Film Bakı Şifer-Keramika Məmulatları Kombinatının sifarişi ilə çəkilmişdir. Rejissor: Ziyafət Abbasov Ssenari müəllifi: Mirzəağa Mirmövsümov Operator: Nemət Rzayev Səs operatoru: Əsəd Əsədov Bakı Şifer-Keramika Məmulatları Kombinatı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 325; 370.
Şərq qapısı (qəzet)
"Şərq qapısı" — ictimai-siyasi qəzet. Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabinetinin orqanı. 1921-ci il noyabr ayının 9-da Naxçıvanda nəşrə başlayan ilk mətbu orqan. Qəzet ilk dəfə "Cavanlar həyatı" adı ilə oxucuların görüşünə gəlmişdir. Həmin il dekabr ayının sonundan 1922-ci ilin yanvarınadək "Füqəra səsi", 1922-ci ilin aprelindən 1980-ci ilin yanvarınadək "Şərq qapısı", 1980-ci ildə "Sovet Naxçıvanı" adlandırılmış, rus dilində "Sovetskaya Naxiçevan" adlı dubilkatı ilə birlikdə buraxılmışdır. "Şərq qapısı" 1930-cu ilədək ərəb, 1930–1940-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunmuşdur. Həmin dövrdən indiyədək latın qrafikalı əlifba ilə nəşr edilir. 1989-cu ildən qəzet fəaliyyətini "Şərq qapısı" adı ilə davam etdirir. Qəzetin təşəkkülünə, onun üçün jurnalist kadrların hazırlanmasına xalq yazıçıları M. İbrahimov və Ə. Vəliyev səy göstərmişlər. Ə. Vəliyev 1933–1934-cü illərdə qəzetin redaktoru olmuşdur.
Əlican sərhəd qapısı
Əlican sərhəd qapısı — İğdır ilinin Qaraqoyunlu ilçəsində, Türkiyə ilə Ermənistanı bir-birinə bağlayan və aprel 1993-cü ildən xidmətə qapalı vəziyyətdə olan sərhəd qapısı. Qarşısında yer alan sərhəd qapısı da Ermənistanın Armavirdə inzibati bölgəsində yerləşən Margara qəsəbəsində yerləşir. Araz çayının ayırdığı sərhədin təhlükəsizliyi hərbi sərhəd polis bölməsi tərəfindən təmin olunur. Sərhəd qapısına 500 metr məsafədə Aşağıəlican kəndinə bağlı bir əkiləcək tarla olan Orta Əlican bölgəsi yerləşir. Ermənistan tərəfində çay kənarı islah edilmiş vəziyyətdə ikən Türkiyə tərəfində belə bir islah olmaması ucbatından qış aylarında daşan çay polis bölməsin birinci mərtəbəni istifadəyə yararsız hala gətirmişdir. Qarabağ müharibəsi davam edərkən Türkiyə tərəfindən Ermənistanın Dağlıq Qarabağın işğalına etiraz olaraq aprel 1993-cü ildə mülki keçidlərə qapadılmışdır. 2009-cu ildə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması naminə müxtəlif addımlar atılarkən sərhəd qapısının açılıb- açılmayacağı gündəmi məşğul etməyə başlasa da münasibətlərin normallaşma prosesinin tezliklə yenidən dayanması ilə sərhəd qapısının açılması gündəmə gəlmədi. Sentyabr 2012-ci ildə Avtomobil Yolları Baş İdarəsi rayonda Əlican sərhəd qapısına qədər olan 7 km asfalt yolu yenidən asfaltladı.
Qurd qapısı qəbiristanlığı
Ümumşəhər qəbiristanlığı — Bakının Qaradağ rayonunda yerləşən məzarlıq. Yasamal qəbiristanlığı — Bakının Yasamal rayonunda yerləşən məzarlıq.